Bakının 20 Yanvar dairəsində yol qəzası baş verib

7 Avqust 2020 10:30 (UTC+04:00)

Bakının Ziya Bünyadov prospektində - 20 Yanvar dairəsi istiqamətində (Çermet körpüsünə çatmamış piyada keçidinin altında) yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, hazırda hadisə baş verən hissəyədək sıxlıq müşahidə olunur.