Xalq şairi Nəriman Həsənzadə təcili əməliyyat olunacaq

31 İyul 2013 13:42 (UTC+04:00)

Xalq şairi Nəriman Həsənzadə üçüncü dəfə ürəyindən əməliyyat olunacaq. Bu haqda Modern.az saytına şairin özü məlumat verib: "Sabah yola düşürəm. Ürəyimdən təcili əməliyyat olunmalıyam. Bu mənim üçüncü əməliyyatım olacaq. Daha ayrı yolum yoxdu. Elə ürək əməliyyatı ilə bağlı Karlovı Vorıya gedirəm. Orda ürək əməliyyatı üşün çox yaxşı bir yer var. İnşallah, avqustun sonu görüşərik"