Milli Depozit Mərkəzinin sədri dəyişib

7 Avqust 2020 15:02 (UTC+04:00)

Milli Depozit Mərkəzinin sədri Araz Əliyev işdən çıxıb. 

Mövqe.az xəbər verir ki, o, Azərbaycan Mərkəzi Bankının Sumqayıt Ehtiyat Mərkəzinin direktoru vəzifəsinə təyinat alıb və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib. 

MDM-ə sədrlik isə Adışirin Qasımova həvalə olunub.