Birlikdə yaşadığı oğlanı bıçaqlayan qadın hakim qarşısına çıxarılır

7 Avqust 2020 15:31 (UTC+04:00)

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Samirə Süleymanovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Mövqe.az-ın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin mart ayının 31-də Binəqədi rayonunda baş verib. Göyçay rayon sakini 1995-ci il təvəllüdlü Orxan Əhmədov döş nahiyəsinə nüfuz edən bıçaq yarası ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib. 

Onun kirayədə birgə yaşadığı Bərdə rayon sakini, 1981-ci il təvəllüdlü Samirə Süleymanova tərəfindən bıçaqlandığı məlum olub.

S.Süleymanovaya Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.