Qazaxda avtomobil qoşquya çırpılıb, xəsarət alan var

7 Avqust 2020 21:47 (UTC+04:00)

Qazax rayon Çaylı kəndində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Çaylı kəndinə gedən yolda avtomobil uzunqulağa qoşulmuş qoşquya çırpılıb.

Hadisə zamanı qoşquda olan bir nəfər xəsarət alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. 

Fakt araşdırılır.