Türkiyədə pandemiya qurbanlarının sayı 5 800-ü ötdü

7 Avqust 2020 23:00 (UTC+04:00)

Son gün ərzində Türkiyədə koronavirusdan daha 15 nəfər ölüb.

Mövqe.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 813 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 185 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 238 450-yə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 028 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanlarlın sayı 221 574 nəfər təşkil edir.