Operativ Qərargah brifinq keçirir

8 Avqust 2020 11:01 (UTC+04:00)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Mövqe.az-ın məlumatına görə, brifinqdə Operativ Qərargahın nümayəndələri - Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva və Azərbaycan İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf jurnalistləri maraqlandıran suallara cavab verib.

Qeyd edək ki, ölkə ərazisində indiyə qədər 773 051 test aparılıb. Aktiv xəstə sayı 3 197 nəfərdir, onlardan 261 nəfər reanimasiyadadır, 50 nəfər isə süni tənəffüs aparatına qoşulub.