Bəzilərinin kartından 190 manat buna görə geri alındı

8 Avqust 2020 11:54 (UTC+04:00)

Pandemiya dövründə ən aztəminatlı, ən ehtiyaclı insan qrupuna yardım olunması üçün 190 manat birdəfəlik müavinət təyin olundu.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Ehtimal edirdik ki, bu insanlara 190 manat çox vacib olunduğu üçün onlar bu puldan istifadə edəcəklər. Lakin bəzi insanlar onlara verilən kartlardakı vəsaitdən istifadə etmədilər. Əgər onlar bu vəsaitdən istifadə etmirlərsə, demək, ehtiyacları yoxdur. Dövlət bu vəsaiti məhz ehtiyacı olan şəxslərə verir", - o bildirib.

Qeyd edək ki, birdəfəlik ödəməni kartından bir neçə ay götürməyən şəxslərin bank kartı bloklanıb.