Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır

8 Avqust 2020 17:26 (UTC+04:00)

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunur. Dünyanın artıq 162 ölkəsində qeydə alınmış koronavirus öz təsir dairəsini sürətlə genişləndirməkdədir. Bu virus insanların sağlamlığına ciddi təhdid yaratmaqla yanaşı,iqtisadiyyata da mənfi təsir göstərir.Ölkəmizdə bu cür yan təsirlərin qarşısının alınması üçün əsaslı tədbirlər həyata keçirilir.
         İlk növbədə,Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirələrində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmişdir. Burada kütləvi tədbirlərin təxirə salınması qərara alınmış və martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunmuş, aidiyyəti qurumlara vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində DST-nin tövsiyələrinə uyğun olaraq tapşırıqlar verilmişdir.Paytaxtın bütün park və küçələri dezinfeksiya edilir.Karantin rejimi tətbiq olunur.Əhalinin imkansız hissəsələrinə dövlət tərəfindən yardım göstərilir.
         Bununla yanaşı bölgələrdə də koronavirus əleyhinə işlər aparılır.Koronavirus (COVID-19) infeksiyasının yanılmasının qarşısının alınması məqsədilə Qəbələ rayonunda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün Qəbələ şəhərində, eləcə də rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
      Həmçinin, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Oğuz rayonunda da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
        Şamaxı rayonunda da koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər görülür.Şəhərin prospekt və küçələri, səkilər, yaşayış məhəllələrinin əraziləri dezinfeksiyaedici məhlulla yuyulur, gündəlik tələbat malları mağazalarının, apteklərin, iaşə obyektlərinin giriş-çıxışları təkrar dezinfeksiya edilir.
        Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Prezident İlham Əliyev çıxışlarından birində qeyd etmişdir:”İyulun 16-sından bu günə qədər müşahidə olunan müsbət dinamika onu deməyə əsas verir ki,bütün tədbirlər vaxtında görülür və vəziyyət nəzarət altındadır.Məhz bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.”
        Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Bu mövzuda əhali arasında maarifləndirmə işləri daha da gücləndirilməlidir.

Şəmilova Dünya Mərdan qızı
Nəsimi rayon gənci