Koronavirusla uğurlu mübarizə

8 Avqust 2020 23:12 (UTC+04:00)

Bilindiyi kimi koronavirusa qarşı mübarizədə son günlər ölkəmizdə müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər uğurla öz nəticəsini verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər tam nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika çox sevindiricidir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra ölkə başçımız İlham Əliyevin təlimatları ilə bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq.
     Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qısa müddətdə Azərbaycan da xəstəxanaların sayı artırıldı. Bütün xəstəxanalar virusla mübarizə aparmaq üçün tam hazır vəziyyətə gətirildi.Bu zaman həkimlərimizin yorulmaz fəaliyyətini də xüsusi ilə vurğulamaq lazımdır. Onların fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Əgər vaxtında bu uğurlu addımlar atmasaydı, bu gün çox böyük problemlər, faciəvi vəziyyətlər ortaya çıxa bilərdi.
     Qabaqlayıcı tədbirlər deyəndə, əlbəttə ki, bütün bu amillər nəzərə alınır. Bizim ölkəmiz görülən tədbirlər nəticəsində ən kritik vəziyyətə belə hazırdır . Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Qeyd etmək istəyirəm ki, son üç həftə ərzində xəstəxanalarda mualicə alan xəstələrin sayı azalmaqdadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxırıq.
     Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Ölkə başçıcı İlham Əliyevin qeyd etdiyi kimi ‘”bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.
Aşur Cəbiyev
Nəsimi RİH könüllüsü