Movqe.Az xəbər verir ki, məşhur futbolçu Arda Turan ilə ayrıldığı danışılan Sinem Kobalın hər şəkildə üzük taxdığı barmağını gizlətməsi görənləri təəccübləndirib. Bir müddətdir nişanlısı Arda Turan ilə ayrıldığı dedi-qoduları çıxan Sinem Kobal, hazırda Türkiyədə qız yoldaşlarıyla gəzir. İspaniyada olan ulduz futbolçunun yanına getməyən Kobal bu dedi-qoduları yenidən gündəmə gətirib. Yoldaşlarıyla çıxdığı yaxta gəzintisində çoxlu pozada şəkil çəkdirən gözəl aktrisa sosial şəbəkədə paylaşdığı şəkillərdə də üzük taxdığı barmağını gizlədib.