Beyrutda sağ qalanların axtarışına son verildi

9 Avqust 2020 16:49 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda baş verən partlayışda sağ qalanların axtarışları başa çatıb.

Mövqe.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi məlumat verib.

Rusiya rəsmisinin sözlərinə görə, Livan Müdafiə Nazirliyinin nümayəndələri artıq sağ insan tapılacağını gözləmədiklərini rəsmi şəkildə bildiriblər.

Xatırladaq ki, Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan yaralanıb, 40-dan çox şəxs itkindir.