Kabilin mərkəzində partlayış baş verib

9 Avqust 2020 22:35 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə 1TV telekanalı bildirib.

Məlumata əsasən, hadisə hökumət idarələrinin və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi Kabulun mərkəzində baş verib

Hadisənin təfərrüatları barədə hələ məlumat verilməyib.