Movqe.Az xəbər verir ki, Misirin keçmiş prezidenti Məhəmməd Mursi, onunla görüşərək, etirazların sonlandırılması qarşılığında sərbəst buraxılması təklifini çatdıran Avropa Birliyi Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Katherine Aştona rədd cavabı verib. Mursinin Ashtonla görüşdə bu ifadələri istifadə etdiyi deyilib:
"Mən, bütün dünyanın və Avropa Birliyinin təqib etdiyi şəffaf seçkilər vasitəsilə xalqım tərəfindən seçildim. Vəzifədən çıxarılmağım da ancaq demokratik yollarla və xalqın səs verdiyi konstitusiya uyğun olaraq ola bilər. Sentyabr və ya oktyabr ayında ümumi seçkilərdən sonra səlahiyyət müddətim ilə əlaqədar ölkədə referendum keçirməyi düşünürdüm. Məsələ kürsüyə bağlılıq deyil. Məsələ 2011-ci ilin Yanvar İnqilabının demokratik naliyyətlərini qorumaqdır. " Xatırladaq ki, AB nümayəndəsi Aşton, Qahirədə bilinməyən bir yerdə tutulan Mursi ilə dünən iki saat davam edən görüşdə iştirak etmişdi.