Narkotikə görə saxlanıldı, başqa cinayəti ortaya çıxdı

10 Avqust 2020 13:30 (UTC+04:00)

Astarada narkotik vasitə ilə tutulan şəxsin oğurluq hadisəsi törətməsi də məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş R.Mirzəyevin ətrafında əməliyyat tədbirləri aparılıb.

Onun rayon ərazisindəki evlərin birindən 1 500 manat pul oğurlaması da müəyyən edilib.