Sumqayıtda ofisdən 6 ədəd noutbuk oğurlandı

10 Avqust 2020 13:51 (UTC+04:00)

Sumqayıtda ofisdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin  3-cü Polis Bölməsinin  əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ofislərin birindən 6 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini C.Mustafayev saxlanılıb.