ABŞ-da koronavirusa yoluxanların sayı 5 milyonu keçdi

10 Avqust 2020 16:53 (UTC+04:00)

ABŞ-da son 24 saatda 46 mindən çox insan COVID-19 virusuna yoluxub.

Mövqe.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə bununla da pandemiya başlayandan etibarən ölkədə yoluxanların sayı 5 045 564 nəfərə çatıb. Bunlardan 162 mindən çoxu dünyasını dəyişib.

Xatırladaq ki, koronavirusa yoluxanların və ölənlərin ümumi sayına görə ABŞ böyük fərqlə birinci yerdədir.