Heydər Əliyev Mərkəzində yeni əsər nümayiş olunur

10 Avqust 2020 17:30 (UTC+04:00)

Xalça motivləri üzrə yaradılan "10(-35)" instalyasiyası Heydər Əliyev Mərkəzinin foyesində nümayiş olunur.

Mərkəzdən Mövqe.az-a verilən məlumata görə, əsərin müəllifi - rəssam Faiq Əhmədin yaradıcılığında xalça mühüm yer tutur.

O, Azərbaycan xalçaçılıq ənənələrinə əsaslanaraq modern əsərlər yaradır, ənənəvi xalçaları müasir incəsənətlə birləşdirir.