Ağdam rayonunda ev yanıb

10 Avqust 2020 22:23 (UTC+04:00)

Ağdam rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, rayonun Quzanlı qəsəbəsində ümumi sahəsi 54 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 34 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.