Zaur Kamalın bibisi koronavirusdan vəfat edibmiş

10 Avqust 2020 23:16 (UTC+04:00)

Aparıcı Zaur Kamalın bibisi koronavirus infeksiyasından dünyasını dəyişib.

Axşam.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Virusa yoluxan xanım müalicə alsa da, xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, xəbəri aparıcı özü də təsdiqləyib. O, "5/5" proqramında virusa əvvəllər inanmadığını söyləyib "Gərək insanın başına gəlsin ki, inansın" deyə, aparıcı söyləyib.