"Mançester Yunayted" Avropa Liqasının yarımfinalına çıxıb

11 Avqust 2020 09:22 (UTC+04:00)
İngiltirə futbol klubu "Mançester Yunayted" Avropa Liqasının 1/4 final mərhələsində Danimarkanın "Kopenhagen" klubunu 1:0 hesabı ilə məğlub edib. Goal.az-ın məlumatına görə, görüş Kölndə tamaşaçısız keçirilib. Bruno Fernandeş 94-cü dəqiqədə penaltı nöqtəsindən zərbəni yerinə yetirib. "Mançster Yunayted" bu mövsüm 21 penaltı vurub. Bu, Avropanın ilk 5 liqasında komandalar arasında ən yaxşı nəticədir.