Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirlərinin görüşü keçirilir

11 Avqust 2020 12:31 (UTC+04:00)
Ankarada Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşü keçirilir. Mövqe.az-ın məlumatına görə, nazirlərin təkbətək görüşündən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş olacaq. Sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər