Məşhur aktrisa evini tərk edir

14 May 2012 20:26 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, həyat yoldaşından ayrılan və qızı Nahlanın vəlayətini ala bilmək üçün uzun müddət hüquq baxımından mübarizə aparan məşhur model və aktrisa Xalle Berri, Los Anceles şəhərini tərk etmək qərarına gəlib. Yaşadığı çətin günlərin psixologiyasını alt-üst etdiyini deyən aktrisa, nəhayət vəlayətini ala bildiyi qızıyla birlikdə Parisə köçəcəyini açıqlayıb.

"Qızımın həyatını kameralarda ​​yaşamasını istəmirəm.Ona bu pisliyi edə bilmərəm", - deyən X.Berri, Parisdə ev baxmağa başlayıb.

Fuad Mədətov

Movqe.Az