Rusiyada dərslər sentyabrın 1-də başlayacaq

11 Avqust 2020 15:23 (UTC+04:00)
Rusiyada orta məktəblərdə dərslər sentyabrın 1-də əyani formatda başlayacaq. Mövqe.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiyanın Maarif Nazirliyindən bildirilib. Nazirlik dəsrlərin sanitar təhlükəsizlik tədbirlərinə riayət olunmaqla sentyabrın 1-də əyani formatda başlayacağını açıqlayıb. O da bildirilib ki, ölkə ərazisində 36 mindən çox təhsil təşkilatları yeni təhsil ilinin başlanmasına hazırdır.