COĞRAFİYA İNSTİTUTU ADINDAN PREZIDENTƏ MÜRACIƏT DƏRC EDILIB

11 Avqust 2020 14:58 (UTC+04:00)
"Respublika" qəzetinin 9 avqust tarixlı buraxılışında AMEA Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyevin İnstitut kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub. Məqalədə İnstitutunun tədqiqatçı alimlərinin, eləcə də bütün kollektivin müasir Azərbaycan Respublikasının milli demokratik prinsipləri əsasında formalaşmasında ölkə Prezidentinin vətənpərvərlik ideya və fikirlərini həmişə dəstəklədiyi və tərəfdarı olduğu bildirilir. Azərbaycanın coğrafiyaçı alimləri rəhbərin əvəzsiz xidmətləri müqabilində bütün "Türk dünyasının coğrafiyası"nı əhatə edən xüsusi monoqrafiyanı hazırlayıb nəşr etdirmişlər. Monoqrafiyada ilk dəfə olaraq türk dünyasını təmsil edən dövlətlərin və xalqların coğrafi təkamül tarixi, dünya tarixi mədəniyyətinin coğrafiyasında əhəmiyyətli rolu olan türkdilli xalqların ümumi tarixi kökləri, ortaq dəyərləri, ortaq zəngin irsi bütöv bir zəncir olaraq təhlil olunmuşdur. Monoqrafiya bütün türk dünyasının milli-genetik birlik reallığının tanınmasında əvəzsiz rol oynayır. Bildirilir ki, İnstitut kollektivi bəşəriyyətin iqtisadi-sosial və mənəvi dünyasına təhlükə olan qlobal pandemiyanın Azərbaycan ərazisində kütləvi yayılmasının qarşısının alınması istiqamətində Prezidentin vaxtında gördüyü işləri alqışlayır, eləcə də tarixi düşmənimizin Azərbaycan əraziləri haqqında həmdəmxəyal fikirlərinə son qoyulması, onların yerində oturdulmasını üçün atılan bütün addımları dəstəkləyir.