Ermənilərin fantaziyaları getdikcə lağlağı lətifəyə dönür

12 Avqust 2020 09:00 (UTC+04:00)


Erməni “tarixçiləri” öz fantaziyalarına görə Ginnesin rekordlar kitabına düşməyə layiqdirlər. Bu dəfə ortaya atılan yeni fərziyyənin müəllifi erməni alim Avetis Aratyunyandır. Onun “araşdırmalarına” görə, erməni əraziləri vaxtilə Türkiyə, Rusiyanın bir hissəsi, İran, Gürcüstan və Azərbaycanı əhatə edib. “Tarixçi” bu əraziləri “erməni dağlığı” adlandırıb: “Bu dağlıq erməni xalqının formalaşdığı tarixi bölgə olub. Buraya Türkiyənin bir hissəsi, İranın şimal-qərbi, Gürcüstanın cənubu, Azərbaycanın qərb hissəsi aiddir. “Erməni dağlığı” Rusiya Federasiyasının müasir ərazisinin müəyyən hissəsini də əhatə edir. Bu dağlığın ərazisi 400.000 kvadrat kilometrdir”.
Açıq-aşkar yeni həyasızlıq nümunəsidir, deyilmi? İş burasındadır ki, bütün bu fikirlər, fantaziyalar Rusiyada intişar tapır. Görün, ermənilər özünü supergüc sayan bu ölkədə nə qədər rahat, inamlı və təhlükəsiz sayırlar ki, onun dövlətçiliyini təhdid edən mülahizələr irəli sürür və bunu “tarixi” faktlarla əsaslandırmağa çalışırlar. Görəsən, Rusiyanın iki-üç əsr bundan qabaq işğal edərək öz ərazisinə çevirdiyi Sibirdə yaşayan türk xalqları bu cür iddialarla çıxış etsələr nə baş verər? Heç sözsüz ki, həmin iddia sahiblərinin üzərinə tanklar yeridilər. Amma ermənilərə “qaşın üstə gözün var” deyən yoxdur.
Elə buna görədir ki, erməni təbliğatçılar Rusiyanın Soçi bölgəsində ermənilərin ən qədim dövrlərdən məskunlaşdırları haqda saxta materiallarla bütün arxivləri və internet resurslarını  doldururlar.  Rusiyanın “gradator.ru” saytı bu məsələyə diqqət edərək yazır: “Erməni icmasının Soçiyə gəlməsi tarixi” adlı internet resursda yayılmış məqaləcik geniş müzakirə doğurub.  Müzakirə zamanı istifadəçilərin şərhlərindən görünür ki, erməni icmasının “siyasi loyallığı” və onların Rusiyanın cənubu haqda real planlarına görə rus auditoriyasının gözləri açılmağa başlayıb”.
Məqaləciyi internet şəbəkəsində yayan erməni müəllif saxtakarlığı sübuta yetirmək üçün həmişə olduğu kimi “tarixə” istinad edir və yazır ki, Söçidə hazırda 400 min erməni yaşayır və ümumi əhalinin 40 faizini təşkil edir: “Tarixə müraciət edək. Bəzi məlumatlara görə, Krasnodar vilayətinin ərazisində erməni əhalisinin görünməsi eramızdan əvvəl I əsrə aid edilir. Bəzi tarixçilərin fikrincə, bu hadisə Böyük Tiqranın çoxminlik erməni legionlarının buralar gəlməsi ilə baş verib”. Başqa söğzlə, erməni müəllif demək istəyir ki, Soçi şəhəri “Böyük Ermənistan”ın tərkibində olub və o vaxtlar bu yerlərdə rusların izi-tozu belə olmayıb.
Ermənilərin saxtakarlığını qələmə alan rus müəllif isə qeyd edir ki, erməni “tarixçi”lər bu yolla Soçinin qədim erməni torpağı olması barədə xülyalarını sübut etməyə çalışırlar: “Biz, əlbəttə, erməni “özfəaliyyəti” üzərində istehza ilə gülə bilərik, amma Azərbaycanın Qarabağı bu istiqamətdə bizə ciddi xəbərdarlıq nümunəsidir. Ermənilərin Krasnodar torpağında ruslardan və digər xalqlardan əvvəl yaşamaları barədə tezisi ağıllara yerləşdirəndən bir müddət sonra onlar muxtariyyət əldə etmək hüquqları barədə iddia qaldıracaqlar”.
Müəllif daha sonra qeyd edir: “Soçidə ermənilərin “qədimliyi” haqda məsələ bir tərəfə, hazırda Soçidə “Müqəddəs Sarkis erməni diasporu” Krasnodar diyar ictimai təşkilatı fəaliyyət göstərir və olduqca fəaldır. Böyük Soçi ərazisindəki iri kəndlərdə olan Vesyoloye, Çereşnya, Kalinovka, Qornoye Loo, Baranovka, Verxnevesyoloye, Vısokoye və digər yaşayış məskənlərində ermənilərin əhalinin yarıdan çoxunu təşkil edir”.
Şübhəsiz ki, bu cür yerləşmə ermənilik proqramının tərkib hissəsidir. Bu faktlar internet şəbəkəsində istifadəçilərin şərhləri ilə təsdiqlənir. “Erməniləri yerləşdirdiniz-indi sevinin. Artıq onlar deyirlər ki, Soçi onların babalarının torpağıdır. Sabah deyəcəklər ki, Moskva onlara məxsusdur. Noy – erməni olub! Bütün Apostollar! Qədim sivilizasiyanın özü və s.”. Sergey Xetaqurov adlı istifadəçi isə yazır: “Bir neçə ildən sonra ermənilər hay-küy qaldıracaqlar ki, Soçi qədim erməni torpağıdır. Sonra isə ruslara lazım gələcək ki, bunun beləolmadığını sübut etsinlər. Bu gün isə ermənilərə nəyisə sübut etmək mümklün deyil. Höcət eşşək kimidirlər”. “Tezliklə ikinci Qarabağı gözləyin! Ermənilər harada bir ildən çox yaşatırlarsa, onlara elə gəlir ki, ora erməni torpağıdır” - bu, istifadəçilərin çıxardıqları reallıqdır. Buna görə də ruslar vaxtında ermənilərin qabağını almasalar, axırda qapazı öz başlarına vurmalı olacaqlar.
N.NOVRUZ