Ermənistanda koronavirusa yoluxanların sayı 40 794-ə çatdı

12 Avqust 2020 11:02 (UTC+04:00)

Ermənistanda daha 201 nəfərdə koronavirus aşkarlanıb.

Mövqe.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 40 794-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 806-ya çatıb. İndiyədək 33 492 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 262 aktiv koronavirus xəstəsi var.