Kürdəmirdə qəza: ölən və yaralananlar var

12 Avqust 2020 13:21 (UTC+04:00)

Kürdəmirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mövqe.az-a verilən məlumata görə,hadisə  avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində qeydə alınıb.

Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.

Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölmüş, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilub.

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.