Manchester City-də şok itki

12 Avqust 2020 14:50 (UTC+04:00)

Manchester City-nin futbolçusu Serxio Aguero Çempionlar Liqasının qalan oyunlarında komandasına kömək edə bilməyəcək.

Goal.az xəbər verir ki, Aguero, zədə səbəbindən ÇL-nın qalan oyunlarında komandasına kömək edə bilməyəcəyini bildirib. O, iyun ayında dizindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, Manchsster City Çempionlar Liqasında 1/4 finala yüksəlib və “şəhərlilər” bu mərhələdə Lyon-la qarşılaşacaq.