Masallıda yaralı əsgərlə görüş

12 Avqust 2020 17:24 (UTC+04:00)

İyulun 13-dən 14-ə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Milli Ordumuzun əks-hücumu zamanı Ağdam kəndində qəhrəmanlıq göstərən Nurlan Ruslan oğlu Quliyev də yaralanmışdır. Şəmkir və Gəncə hərbi hospitalında həkimlərin səyi nəticəsində sağalaraq bir neçə gün müddətinə doğma ünvana Masallı rayonunun Təklə ərazisinin Sığıncaq kəndinə qayıdıb.
11 avqust 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və aparatın məsul işçiləri, rayonun bir qrup ictimaiyyət nümayəndəsi yaralı əsgər və ailəsi ilə görüşüb.
Görüş zamanı A.Qafarova  qeyd edib ki, Azərbaycan  Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz nəinki ermənilərin təxribatını dayandırmış,  torpaqlarımızın azad olunmasında qəhrəmanlıq göstərmiş, düşmənin xeyli döyüş texnikasını, canlı qüvvəsini məhv etmişdir. O, bildirib ki, Tovuz rayonu istiqamətindəki şiddətli döyüşlər nəticəsində 1976-cı il təvəllüdlü Azərbaycan Ordusunun mayoru, əslən Ərkivan qəsəbəsindən olan Anar Gülverdi oğlu  Novruzov  qəhrəmancasına həlak olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralılara da şəfa diləyirəm.
SHXÇDX-nin Masallı rayon şöbəsinin rəisi Vəli Rzayev, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Afəddin Kərimov, rayon Gənclər və İdman idarəisinin rəisi Camal Manafov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva,  və başqaları hərbi xidmətdə Nurlana uğurlar arzulayıblar.
Göstərilən qayğıya görə özü və ailəsi adından ölkə rəhbərinə, həmçinin rayon İcra hakimiyyətinin başçısına  minnətdarlıq edən əsgər Nurlan Quliyev bundan sonra da Vətənə sədaqətlə qulluq etməyə, Ali Baş Komandanın hər an verə biləcək döyüş əmrinə hazır olduğunu bildirib.

                                                                       ƏLİHÜSEYN ŞÜKÜROV