Təhsil naziri Rusiya səfiri ilə görüşüb

13 Avqust 2020 10:48 (UTC+04:00)

Təhsil naziri Emin Əmrullayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ilə görüşüb.

Bu barədə Mövqe.az-a Təhsil Nazirliyindən məlumat verilib. 

Görüşdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.