Zaqatalada qəza: iki nəfər xəsarət alıb

13 Avqust 2020 12:17 (UTC+04:00)

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107 "və "VAZ-2103" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Hadisə şahidlərinin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağır olub.

Faktla bağlı araşdırma aparılır.