İsmayıllı sakini 3 kq-lıq göbələk tapıb

13 Avqust 2020 14:33 (UTC+04:00)

İsmayıllı rayon sakini Elman Süleymanov həyətyanı sahəsində yetişdirdiyi tərəvəz və bostan məhsullarını toplayarkən ölçüsü 20x25 santimetr, çəkisi 3 kiloqrama yaxın olan göbələk aşkar edib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, göbələyin belə böyük və çəkisinin çox olması isə görənləri heyrətə salıb.