Bakıda avtomobil piyadanı vurdu

14 Avqust 2020 09:25 (UTC+04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçən 1983-cü il təvəllüdlü Kərimov Anar Rafail oğlunu avtomobil vurub. Hadisə yerinə gələn təcili tibbi yardım avtomobili 37 yaşlı piyadanı xəstəxanaya aparıb.

Müayinə zamanı ona sağ baldır sümüyünün yerdəyişən sınığı, oturaq və incik sümüklərinin sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.