Ermənistandan Gürcüstana qanunsuz keçən əcnəbilər saxlanılıb

14 Avqust 2020 10:40 (UTC+04:00)

Gürcüstan sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olan 4 əcnəbi vətəndaş saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.  

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər rəsmi sərhəd nəzarətindən yayınmaqla qrup şəklində Ermənistandan Gürcüstana keçiblər.

Faktla bağlı istintaq aparılır. Xarici ölkə vətəndaşlarını 4 ildən 5 ilədək həbs cəzası gözləyir.