Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 300-ü ötdü

14 Avqust 2020 11:03 (UTC+04:00)

Gürcüstanda son sutkada koronavirusa 23 yeni yoluxma faktı təsdiqlənib, 17 pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 306 nəfərə, sağalanların sayı isə 1 085 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 7 597,  tibbi nəzarətdə isə 261 nəfər saxlanılır.