Cəlilabadda yol qəzası olub, xəsarət alan var

14 Avqust 2020 19:50 (UTC+04:00)

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 1981-ci il təvəllüdlü Aslanov Aqil Abdul oğlu idarə etdiyi "Priora " markalı minik avtomobilini yolun kənarındakı maneəyə çırpıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.