Bakıda doğum evində ölüm

15 Avqust 2020 12:50 (UTC+04:00)

Bakıda doğum evində ölüm hadisəsi qeydə alınıb.

Mövqe.az Report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 4 saylı doğum evində baş verib.

Orada 1997-ci il təvəllüdlü Esmira Hüseynovanın yeni doğulan körpəsi vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.