Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

15 Avqust 2020 20:19 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda cla bağlı avqustun 15-nə olan statistik göstəriciləri açıqlayıb.

Mövqe.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 041 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 826 043 test aparılıb. Aktiv xəstə sayı 1 904 nəfərdir, onlardan 197 nəfər reanimasiyadadır, 34 nəfər isə süni tənəffüs aparatına qoşulub.