Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinatlar olub.
Axar.az Ağstafa İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, Kənan İlham oğlu İbrahimov başçının müavini və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Naqif Vaqif oğlu Mehdiyev isə İnformasiya təminatı və təhlil sektorunun müdiri vəzifəsinə təyinat alıb.