Abşeronda ər arvadına 22 bıçaq zərbəsi vurdu

16 Avqust 2020 10:01 (UTC+04:00)

Abşeronda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən çoxsayli bıçaq zərbələri alan 1992-ci il təvəllüdlü Məmmədova Şəhanə Sahib qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı onun döş qəfəsində və qarın boşluğunda 20-dən artıq kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.