Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub

17 Avqust 2020 09:12 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Goradil və Sahil sularda xilasetmə məntəqələrinin ərazisində batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas olunub.