Bakıda bəzi işıqforların fəaliyyətində problem yarandı

17 Avqust 2020 10:06 (UTC+04:00)

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Bakının bəzi küçə və prospektdə işıqforların işində fasilələr yaranıb.

Bu barədə Mövqe.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin təmir briqadaları işıqforların fəaliyyətinin bərpası istiqamətində iş aparır: "Sürücülərdən xahiş edirik ki, svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etsinlər".