Ekspres xətlər üzrə daha 2 ünvanda POS-terminal quraşdırılıb

17 Avqust 2020 11:11 (UTC+04:00)

M10 ekspres marşrut xətti üzrə “BakıKart”ın balansının artırılması məqsədilə Mərdəkan qəsəbəsində 2 ünvanda POS-terminal qoyulub.

Bu barədə Mövqe.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır: "Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik".