Ermənistanda koronavirusdan ölənlərin sayı 820-ni ötdü

17 Avqust 2020 11:26 (UTC+04:00)

Ermənistanda daha 38 nəfərdə koronavirus aşkarlanıb.

Mövqe.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 701-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 824-ə çatıb. İndiyədək 34 655 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 978 aktiv koronavirus xəstəsi var.