Azərbaycan XİN İndoneziyanı təbrik etdi

17 Avqust 2020 11:47 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Mövqe.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.

“Milli bayram olan Müstəqillik Günü münasibətilə İndoneziya xalqına ürəkdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost İndoneziya Respublikasına xoşbəxtlik və əbədi firavanlıq diləyirik”, - təbrikdə qeyd olunub.