Ağstafa Rayon Statistika İdarəsinə yeni rəis təyinatı olub

17 Avqust 2020 12:36 (UTC+04:00)

Ağstafa Rayon Statistika İdarəsinin rəisi dəyişdirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Ağstafa Rayon Statistika İdarəsinin rəisi vəzifəsinə Feruz Vaqif oğlu Həsənov təyin olunub.

Qeyd edək ki, F.Həsənov bundan öncə Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb. Ağstafa rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə isə Əziz Tanrıverdi oğlu Məsmalıyev təyin olunub.