“Sanki bu neçə ayda qocaldım” – Xatirə İslam

17 Avqust 2020 12:52 (UTC+04:00)

Son zamanlar karantin mühiti bir çox məşhurların da həyatına öz mənfi təsirini göstərməkdədir. 

Bununla bağlı Unikal.org-a açıqlama verən müğənni Xatrə İslam son bir neçə ayının darıxdırıcı olduğunu bildirib.

 

Müğənni “Instagram” hesabında etdiyi “Sanki bu neçə ayda qocaldım” paylaşımına münasibət bildirərək: “Qocalar da adam, bütün günü evdəyik, etməyə heç bir şey də yoxdur. Aylardır hamı necə, mən də elə. Adam evdə darıxır, çox darıxdırıcıdır”,– deyə bildirib.

Qeyd edək ki, son zamanlar jurnalistlərə müsahibələr verməkdən yayınan Xatriə İslam gərəkli ismarışlarını “Instagram” hesabı üzərindən edir.