Mədəniyyət Nazirliyi Aparatının rəhbəri işdən çıxarılıb

17 Avqust 2020 13:28 (UTC+04:00)

Mədəniyyət Nazirliyində kadr islahatları olub.

Nazirlikdən Mövqe.az-a verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Babayev Fikrət Köçəri oğlu yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.