Gömrük Komitəsinin yeni inzibati binası belə olacaq

17 Avqust 2020 17:16 (UTC+04:00)

Bakıda tikilən Dövlət Gömrük Komitəsinin (DGK) binası belə olacaq.

Mövqe.az-ın məlumatına görə, Bakının Yasamal rayonunda Dövlət Gömrük Komitəsinin yeni inzibati binası tikilir. Hazırda tikilməkdə olan yeni bina indiki komitənin binası ilə Ekologiya Nazirliyinin binası arasında yerləşir.

 

Yeni tikilinin olacağı yer 1 600 m2 ərazini əhatə edir və artıq sözügedən yerdə binövrəsi üçün çala qazılıb.